Dünya futbolu
UEFA Danimarkaya texniki məğlubiyyət verdi
UEFA Danimarkanın qadınlardan ibarət yığmasına texniki məğlubi…
UEFA Danimarkanın qadınlardan ibarət yığmasına texniki məğlubiyyət verib.
Futbolinfo.az xəbər verir ki, Danimarka yığması federasiya ilə münaqişə səbəbindən DÇ-2019-un seçmə mərhələsi çərçivəsində İsveçlə oyuna çıxmaqdan imtina edib. Yığma ilə federasiya arasında maliyyə məsələlərində münaqişə yaşandığından, futbolçular matça çıxmaq istəməyiblər.
UEFA-nın yaydığı məlumatda bildirilir ki, Danimarka yığmasına buna görə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan əlavə, komanda şərti olaraq 4 il sınaq müddətinə bütün beynəlxalq yarışlardan uzaqlaşdırılıb.
Danimarka Futbol Federasiyası da 20 min avro cərimə olunub.