I Liqa
Autsayder ilk qələbəsini son çempion üzərində qazandı
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 9-cu tura yekun vur…
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 9-cu tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, son oyun günündə 3 görüş baş tutub.
“Sabah” – “Mil-Muğan” matçında qonaqlar 4 cavabsız qolla qalib gəliblər.
“Qaradağ Lökbatan” – “Ağsu” matçı daha bol qollu alınıb. Lider 3 xalı 4 qolla əldə edib.
Əvvəlki turlarda ardıcıl məğlubiyyətlərlə üzləşən “Zaqatala” nəhayət bu tur son çempionu “Turan Tovuz” üzərində qələbə qazanmaqla uğursuz gedişata son qoyub.
Birinci Divizion
9-cu tur
17 noyabr
“Sabah” – “Mil-Muğan” 0:4
Qol: Bayram Əliyev, 18. Samir Babayev, 34. Anar Babazadə, 37. Comərd Baxşəliyev, 88.
Hakimlər: Xəlil Xəlilov, Roman Vasilyev, Yaşar Abbasov, Fərid Məmmədov.
Binə. Qəsəbə stadionu.
“Qaradağ Lökbatan” – “Ağsu” 4:1
Qol: Məhəmməd Xəlilov, 19. Coşqun Süleymanov, 41. Sabir Allahquliyev, 67. Samir Musayev, 90+1 – Rəvan Kərimov, 87.
Hakimlər: Ziya Nəsirov, Elşən Acalov, Nahid Əliyev, Anar Göyçayski.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
“Zaqatala” – “Turan Tovuz” 3:1
Qol: Kamran Həsənzadə, 5. Hacı Əhmədov, 15-pen. Rəhman Şabanov, 78 – Mehman Hacıyev, 46.
Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, Samir Hacıyev, Namiq Bəkirov.
Zaqatala. Şəhər stadionu.
Turun digər oyunları: “Binə” – MOİK 1:0, “Şüvəlan” – “Xəzər” 1:0.
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov
- Premyer-liqa2024-05-18 18:58
“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə
- Ölkə futbolu2024-05-19 10:44
Mahirin 2024-cü ildə ilk oyunu
- Premyer-liqa2024-05-18 09:00
“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı