Dünya futbolu
“Fənərbaxça” darmadağına sevindi – VİDEO
Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunları…
Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Beşiktaş” “Akhisar”ı qəbul edib. Son çempion yenə qələbə qazana bilməyib və vacib xallar itirib.
Turun mərkəzi qarşılaşması ikinci oyun gününə təsadüf edib. Lider “Qalatasaray” ötən mövsümün gümüş mükafatçısı “Başakşəhər”in qonağı olub. Altı qolun qeydə alındığı görüşdə lider biabırçı məğlubiyyətlə üzləşib.
"Bursaspor" – "Göztəpə" matçında hesab açılmayıb. "Konyaspor" – "Antalyaspor" oyununda da qalib müəyyənləşməyib.
Üçüncü oyun günündə "Fənərbaxça"nın "Sivasspor" üzərində darmadağını diqqətçəkən olub. "Alanyaspor" "Yeni Malatyaspor"u, "Trabzonspor" da "Osmanlıspor"u məğlub yola salıb. "Kayserispor" isə səfərdə "Gənclərbirliyi"ndən üstün olub.
Türkiyə Super Liqası
12-ci tur
17 noyabr
Beşiktaş – Akhisar 0:0
18 noyabr
Bursaspor – Göztəpə 0:0
Konyaspor – Antalyaspor 1:1
Qol: Fofana, 75 – Etoo, 85.
Başakşəhər – Qalatasaray 5:1
Qol: Attama, 25. Adebayor, 41; 58; 76-pen. K.Frey, 89 – Qomis, 55.
19 noyabr
Alanyaspor – Yeni Malatyaspor 1:0
Qol: V.Lav, 50.
Gənclərbirliyi – Kayserispor 1:2
Qol: Paraiba, 32 – U.Bulut, 28. Boldrin, 58.
Trabzonspor – Osmanlıspor 4:3
Qol: Ndoye, 39. B.Yılmaz, 41; 90-pen. Y.Yazıçı, 70 – M.Çağıran, 7. J.Pereyra, 28-öz qapısına; 57-öz qapısına.
Fənərbaxça – Sivasspor 4:1
Qol: N.Dirar, 31. Soldado, 61; 77; 81 – Bifuma, 47.
20 noyabr
21:00 Karabükspor – Kasımpaşa