Dünya futbolu
Daha bir milli komandada baş məşqçi istefası
Futbol üzrə Yeni Zelandiya millisinin baş məşqçisi Ent…
Futbol üzrə Yeni Zelandiya millisinin baş məşqçisi Entoni Hadson istefa verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı yerli futbol federasiyasının rəsmi saytı yayıb. 36 yaşlı mütəxəssisin istefasına Okeaniya təmsilçisinin DÇ-2018-dən kənarda qalması səbəb olub.
Xatırladaq ki, Yeni Zelandiya millisi DÇ-2018-in seçmə mərhələsinin qitələrarası pley-off oyununda Peru yığmasına uduzmuşdu (0:0, 0:2).
Hadson 2014-cü ildən etibarən Yeni Zelandiya millisini çalışdırırdı.