Premyer-liqa
“Bizə qol vurmadıqları üçün şükr etməliyik”
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Pre…
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qələbə qazanmaq istəyirdik. Amma görünən odu ki, bəzi epizodlarda tələsdik. Məncə, oyuna daha çox köklənməyimiz bizə mane oldu. “Səbail”in çox imkanı oldu və bizə qol vurmadıqları üçün şükr etməliyik. Son vaxtlar Amil Yunanovun oyunu alınmır. Bəlkə də, bombardirliyə çox kökləndiyi üçün belə olur. Çalışacağıq ki, növbəti oyunlarda daha yaxşı çıxış edək”.