Ölkə futbolu
Şura üzvü öz komandasının oyununda hakim-inspektor olarsa…
AFFA Hakim-İnspektorlar Komitəsi kələfin ucunu itirib. Qurumun sə…
AFFA Hakim-İnspektorlar Komitəsi kələfin ucunu itirib. Qurumun sədri Əli Hüseynovun son təyinatı buna sübutdu.
Əslində, Hüseynovu da qınamaq olmur. AFFA-nın demək olar, bütün işçiləri 3-4 vəzifədə çalışdığından onları ayırd etmək, təyinatlarda nəyicə nəzərə almaq mümkün deyil.
Komitə Topaz Premyer Liqasının son turunda baş tutan “Neftçi” – “Keşlə” matçına hakim-inspektor kimi Asim Xudiyevi göndərmişdi. Qurumun ən təcrübəli üzvlərindən olan sabiq FİFA referisi bu göndərişə layiq idi. Amma iş ondadı ki, Xudiyev həm də “Keşlə”nin Müşahidə Şurasının yeni seçilən/təyin olunan üzvüdü. Deməli, Asim bəy həm hakimlərin işinə qiymət verməli, həm də doğma komandasında başverənləri müşahidə etməliydi.
Bu, hələlik ilk belə haldı, lakin yaxın gələcəkdə qiymətinin aşağı yazılmasından ehtiyat edəcək hakimlərin Xudiyevə görə “Keşlə”yə yardım etməyəcəyinə heç kim təminat verə bilməz. Qraşıdakı turlarda komitə rəhbərliyinin bu amili nəzərə alması vacibdi.
Maraqlıdı ki, bu, “Keşlə”ylə bağlı yeganə hal deyil. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov həm də İcraiyyə Komitəsinin üzvü, üstəlik, Futzal Federasiyasının prezidentidi. Bakılıların icraçı direktoru Rəmiş Malıyevsə hələ də assosiasiyanın hüquq məsələlərində əsas söz sahibidi.
AFFA-nın komitələrinə baxsaq, daha biabırçı mənzərəyə şahidlik edərik. “Sumqayıt”ın Müşahidə Şurasının sədri Muxtar Babayevin AFFA-da Apellyasiya Komitəsinin sədri olması faktını xatırlamaq kifayətdi.