Ölkə futbolu
Məhsuldarlıq rekordu
Topaz Premyer Liqasının XIII turu rekordla əlamətdar olub. Ke&cced…
Topaz Premyer Liqasının XIII turu rekordla əlamətdar olub. Keçirilən 4 qarşılaşmada 16 qol vurulub. Orta məhsuldarlıq 4-ə bərabər olub.
Bununla da, mövsümün rekordu yenilənib. Arxada qalan 12 turun yalnız ikisində orta məhsuldarlıq 3 və ya daha yüksək idi. I və XII turlarda keçirilən 4 matçda 13 qol vurulmuşdu və bu göstəricilər rekord sayılırdı.
Həmin rekordların yeniləndiyi XIII turda “Qəbələ” səfərdə “Kəpəz”i 6:1 darmadağın edibsə, “Neftçi” “Keşlə”yə 3:1, “Qarabağ” “Zirə”yə 3:2 qalib gəlib. Qolsuz başa çatan yeganə qarşılaşma “Sumqayıt”la “Səbail” arasında keçirilib. 16 qolun 6-nı meydan sahibləri vurubsa, 10 dəfə qonaqlar bu sevinci yaşayıb.
Arxada qalan 13 turun 51 oyununda 128 top vurulub və orta məhsuldarlıq 2,51-ə bərabər olub.
Müqayisə üçün qeyd edək ki, bu, keçən mövsümün orta məhsuldarlığından daha yüksək göstəricidi. 2016/17 mövsümündə yekun orta məhsuldarlıq 2,41 təşkil edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…