Bizi izləyin

Ölkə futbolu

ŞOK: “Keşlə”nin 2 futbolçusu danışılmış oyun şübhəsi ilə saxlandı – ÖZƏL

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsind?…

blank
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində baş tutan “Neftçi” – “Keşlə” oyunu böyük qalmaqala səbəb olacaq. Meydan sahiblərinin 3:1 hesabıyla qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapır.
 
Futbolinfo.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar da atılıb. Dünən “Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra şok hadisə baş verib. Axşamüstü hər iki oyunçu müvafiq orqanlar tərəfindən saxlanılıb və hazırda dəmir barmaqlıqlar arxasındadılar.
 
“Neftçi” ilə oyundan sonra Ramiz Məmmədovun “səbəbləri açıqlasam, böyük partlayış ola bilər” sözləri təsadüfi deyilmiş. Sən demə, “Keşlə”nin çalışdırıcı olaylardan xəbərdar imiş. O, komandanın əksər oyunçularının bilərəkdən uduzduğunu meydanda sərgilədikləri futbola görə hiss edibmiş. “Neftçi” ilə matçdan öncə məşqçi olayların belə axar alacğından duyuq düşübmüş. Amma mümkün məğlubiyyətin məsuliyyəti altında qalmamaq üçün həmin futbolçuları meydana buraxıb və şübhələri doğrulub.
 
Bizdə olan bilgiyə görə, “Neftçi ilə oyunda start heyətdə meydana daxil olan futbolçuların böyük əksəriyyəti bu plana qulluq edirmiş. Matçın şübhəli olması barədə ehtimallarımızı hələ oyun bitən kimi açıqlamışdıq. Sən demə, Orxan Sadıqlı, Sertan Taşkın, Adrian Skarlatke və Pərdis Fərcad-Azaddan başqa bütün futbolçular könüllü məğlubiyyətə razılaşıb. Düzdü, bəziləri plana qoşulmayıb, amma adlarını çəkdiklərimiz kimi, etiraz da etməyiblər.
 
Baş rolda “Neftçi” ilə müqavilə bağlamağa hazırlaşan Hacıyev və futbolçular üzərində gizli hökmranlığı olan Seyidov olub. İlk olaraq komandadan bu futbolçuların qovulması və hüquq-mühafizə orqanları tərəfindən məhz onların saxlanılması da təsadüfi deyil. Yaxın günlərdə bu işdə əli olan digər futbolçuları da eyni aqibət gözləyir.
 
Bəs, bu könüllü təslimçiliyin səbəbi nədir? Bildiyimizə görə, ortada bukmeker kontorları ilə işbirliyi yoxdu. Sadəcə, futbolçular hansısa məbəğ qarşılığında bu addımı atıblar. Bəs, həmin pulu kim verib? Dəqiq informasiyamız olmadığı üçün ad yazmağımız doğru deyil. Lakin “Neftçi” rəhbərliyinin bu məsələdən qəti xəbəri olmayıb. Onlar bu yolun yolçusu olsaydılar, ötən mövsümü boşa verməz, bu mövsümün startında da məğlubiyyətləri sıralamazdılar. Bəlkə də bu futbolçulardan bəzilərini heyətə götürmək istəyən “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovdan şübhələnmək olar, lakin əldə fakt yoxdu. Çünki Nizami də müsahibəsində Tərlan bəylə qardaş münasibətlərinin olduğunu açıqlamışdı. Bundan başqa, ardıcıl 3-cü oyunda xal itkisi Əhmədovun xilaskar imicini korlayacaqdı.
 
İstənilən halda, oyunun hansısa məbləğ qarşılığında verilməsi varsa, həmin vəsaiti təmin edən insanlar da olmalıdı. Onları tapmaq isə artıq müvafiq orqanların işidi. Güman ki, Mirhüseynlə Nizaminin dünən saxlanılması və dindirilməsindən sonra əsas günahkarları da tanıyacağıq. Bildiyimizə görə, söhbət heç də fantastik məbləğdən getmir, 5-10 min dollarlıq söhbətdi. “Keşlə”dən vaxtlı-vaxtında maaşını ala bilməyən futbolçular bu addımı atmaqla özlərinə gün ağlamağa çalışıblar.
 
Vəziyyət o qədər ciddidi ki, Seyidov kimi arxalı, yuxarı dairələrdə dayaqları olan futbolçunu da qorumaq mümkün olmayıb. Əldə təkzibolunmaz sübutlar olduğu deyilir.
 
Bu qalmaqal heç də yalnız “Neftçi” ilə oyunla bağlı deyil. “Keşlə”nin ardıcıl 7 məğlubiyyəti təsadüfi deyilmiş və daha bir neçə matçla bağlı şübhələr var. Araşdırma davam edir. Mövzuya qayıdacağıq…
 
CAVAD
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Premyer-liqa2024-04-21 16:31

“Kəpəz” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm