Ölkə futbolu
Skarlatake: “Belələrini futboldan silmək lazımdı!”
“Nizami Hacıyevlə Mirhüseyn Seyidovun polisdə olduğunu …
“Nizami Hacıyevlə Mirhüseyn Seyidovun polisdə olduğunu eşitdim. İndiyə qədər oyun alqı-satqısı ilə bağlı məlumatım olmayıb”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında “Keşlə”nin müdafiəçisi Adrian Skarlatake deyib.
Rumıniyalı futbolçu bu barədə hər hansı ətraflı məlumata malik olmadığını bildirib: “Fikrimcə, hər şeyə polis aydınlıq gətirəcək. Ola bilər ki, bəzi oyunçular bu matçda bilərəkdən uduzublar. Amma bu hamıya aid olmamalıdır. Əgər doğrudan da onlar oyun satıblarsa, hamımız çalışmalıyıq ki, ən yüksək cəzaya lahiq görülsünlər. Belələrini futboldan silmək lazımdı! Hazırda hamı bu barədə danışsa da, heç birimiz ətraflı məlumata malik deyilik”.
Qeyd edək ki, adları çəkilən futbolçuların danışılmış oyunlarla bağlı saxlanılması xəbərini “Keşlə”nin prezidenti Zaur Axundov da təsdiqləyib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq