Ölkə futbolu
Qurban Qurbanov: “Yenə böyük istəklə ÇL-in qrupuna düşməyə çalışacağıq”
Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın…
Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “championat.com” saytına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, o, Ağdam klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. Qurbanov komandanın turnirdəki nəticəsindən razı qaldığını deyib:
“Əlbəttə, nəticə qənaətbəxşdi. Bizim üçün çox ağır idi. Bakıya üç çox güclü klub gəlmişdi. Hər üç rəqibimiz ÇL-in finalında oynamaq istəyir. Biz layiqli mübarizə aparmaq üçün çox səy göstərdik. İlk oyunlarda heç nəticə haqda da düşünmədik. Bütün futbolçularda böyük həyəcan var idi. Xüsusən də, Londonda – “Çelsi” ilə keçirilən ilk oyunda. Oyundan-oyuna həm futbolçular, həm də mən təcrübə topladım. ÇL-də növbəti mövsümün hədəflərinə gəldikdə isə, əvvəlcə Azərbaycan çempionatında qələbə qazanmalıyıq. Bildiyimə görə, ÇL-in formatı da dəyişəcək. İndi qrup mərhələsinə vəsiqə qazanmaq çox çətin olacaq. Azərbaycan çempionatında qalib gəlsək, yenə də böyük istəklə ÇL-in qrupuna düşməyə çalışacağıq”.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq