Ölkə futbolu
Di Françesko: “Qarabağ” artıq həmin komanda deyil”
Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsinin son oyun…
Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsinin son oyununda “Qarabağ”la qarşılaşacaq “Roma”nın baş məşqçisi Eysebio Di Françesko oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis sabah onları çətin oyun gözlədiyini deyib:
“Biz sabah planlanmış, aqressiv oyun sərgiləməliyik. Rəqib ilk turda səfərdə “Çelsi”yə böyük hesabla uduzan komanda deyil. “Qarabağ” hazırda həmin qarşılaşmadakından çox yaxşı oyun sərgiləyir. Ancaq öz oyunumuzu sərgiləsək, bu matçda qalib gələcəyik. Rəqib hörmətə layiqdi, lakin biz sabah qalib gəlmək istəyirik”.
Di Françesko komandanın zədəliləri barədə də məlumat verib. O, Raca Nainqqolan və Dieqo Perottinin “Qarabağ”la oyuna tam hazır olduqlarını bildirib:
“Nainqqolan və Perotti sabahkı oyuna tam hazırdılar. Yalnız Aleksandr Kolarovla bağlı müəyyən şübhələr var. Yəqin ki, o da hazır olar. Ancaq onun tam vəziyyətinə sabah aydınlıq gələcək”.
“Roma” – “Qarabağ” oyunu sabah “Olimpiko”da keçiriləcək və saat 23:45-də başlayacaq.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə