Ölkə futbolu
“Sumqayıt”dan 200-cü qol
Topaz Premyer Liqasının XIV turunun “Kəpəz”lə səfər…
Topaz Premyer Liqasının XIV turunun “Kəpəz”lə səfər matçında vurulan son qol “Sumqayıt” üçün tarixi əhəmiyyət kəsb edib. 3:0 hesablı qələbə qazanan “gənclik şəhəri” təmsilçisi bununla da Premyer Liqada vurduğu qolların sayını 200-ə çatdırıb.
Yubiley qolunun müəllifi Cavid İmamverdiyev olub. Onun 68-ci dəqiqədə vurduğu top klub tarixində 200-cü Premyer Liqa qoludu.
Yubiley qolunu 210-cu matçında qeyd edən “Sumqayıt” 7-ci mövsümündə bu rəqəmə çatıb: 2011/12 – 27, 2012/13 – 31, 2013/14 – 27, 2014/15 – 29, 2015/16 – 41, 2016/17 – 28, 2017/18 – 17. Klubun yüksək dəstədəki orta məhsuldarlığı 0,95-ə bərabərdi.
“Sumqayıt” Premyer Liqa tarixində 200 və daha çox qol vuran 20-ci komandadı. “Gənclik şəhəri” təmsilçisi bu toplardan 109-nu evdə, 91-ni səfərdə rəqib qapısından keçirib.
1-ci qol
2011/12 mövsümü. 06.08.2011. “Xəzər Lənkəran” – “Sumqayıt Şəhər” – 2:1
Eşqin Quliyev, 85
100-cü qol
2014/15 mövsümü. 14.12.2014. “Neftçi” – “Sumqayıt” – 3:2
Orxan Əliyev, 63
200-cü qol
2017/18 mövsümü. 02.12.2017. “Kəpəz” – “Sumqayıt” – 0:3
Cavid İmamverdiyev, 68
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı