Dünya futbolu
Dadaşov het-trik etdi, komandası 5 qola sevindi
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 18-ci…
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 18-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Lukkenvalde” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:0.
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının son üç qolunu da futbolçumuz vurub. Belə ki, o, 21, 64 və 75-ci dəqiqələrdə fərqlənməklə het-trikə imza atıb.
Bununla da Rüfət cari mövsümdə vurduğu qolların sayını 19-a çatdırıb.
"Dinamo" hazırda 36 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.