Dünya futbolu
Pavel Paşayev Kiyev “Dinamo”suna qarşı 90 dəqiqə oynadı
Futbol üzrə Ukrayna çempionatında 19-cu turun oyunları …
Futbol üzrə Ukrayna çempionatında 19-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Paşayev qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, görüşün 83-cü dəqiqəsində sarı vərəqə ilə də cəzalanıb.
"Aleksandriya" geridə qalan turlarda topladığı 19 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.