Ölkə futbolu
“Neftçi”dən gedənlərin yeni iş yerləri bəllidi
Qışda “Neftçi”dən ayrılacaq futbolçular …
Qışda “Neftçi”dən ayrılacaq futbolçular özünə yeni iş yeri tapmaq üzrədi. Baş məşqçi Tərlan Əhmədovun xidmətində maraqlı olmadığı yerli oyunçular ölkə klublarına səpələnəcək.
Futbolinfo.az xəbər verir ki, Rahil Məmmədovla Fəhmin Muradbəyli “Səbail”lə anlaşmaq üzrədi. Amma “Keşlə” də Fəhmini istədiyindən bu məsələ tam həllini tapmayıb. Məqsəd İsayev də bu iki klubdan birini və ya “Sumqayıt”ı seçəcək.
Milli komandadakı intizamsızlığına görə məşqçilərin qara siyahıya saldığı Elnur Cəfərov isə Gəncədə peyda ola bilər. “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov “Xəzər Lənkəran”da məşqçisi olduğu bu futbolçunu yenidən sərəncamında görmək istəyir.