Ölkə futbolu
Pro kursunun 5-ci mərhələsi başladı
Bu gündən etibarən Bakıda AFFA-nın təşkilatçılığ?…
Bu gündən etibarən Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 5-ci mərhələsi başlayıb.
Futbolinfo.az xəbər verir ki, AFFA-nın Hüquq və Kadr Məsələləri şöbəsinin baş hüquqşünası Kamran Cəbrayılov “Transfer siyasəti”, assosiasiyanın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov isə “Dünya futbolunun strukturu və klubların lisenziyalaşdırılması” mövzusunda mühazirə oxuyub.
Bu mərhələ dekabrın 16-dək davam edəcək.