Ölkə futbolu
Rəşad Sadıqov “Roma”nın düşərgəsində
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov İtaliyanın payt…
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov İtaliyanın paytaxtı Romaya yollanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin kapitanı özü məlumat verib. O bildirib ki, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində “Roma” klubunun düşərgəsində olacaq. Sadıqov 12-15 dekabrda Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olmuş paytaxt təmsilçisinin məşqlərini izləyəcək. Dekabrın 16-da isə "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.
Qeyd edək ki, Rəşad Sadıqovun tezliklə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunması gözlənilir. (Report)
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi