Ölkə futbolu
Qurban Qurbanov “Çelsi”də
“Qarabağ”ın məşqçiləri qazanılan uğurlarla k…
“Qarabağ”ın məşqçiləri qazanılan uğurlarla kifayətlənmir. Onlar imkan düşən kimi təcrübə toplamaq üçün xaricə yollanırlar.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun əsas köməkçisi Elçin Rəhmanov hazırda Bolqarıstandadı. O, PRO kurslarının tələblərinə əsasən adıçəkilən ölkəyə üz tutub. PRO kurslarının əsas tələbləri arasında məşqçinin iki xarici klubun düşərgəsində olması var. Belə ki, PRO lisenziyasına sahib olmaq istəyən məşqçi 1 həftə əsas komandanın məşqində təcrübə keçməli, həm də başqa bir klubun akademiyası ilə tanış olmalıdır.
Rəhmanov da hər iki təcrübə üçün Bolqarıstana üstünlük verib. Çalışdırıcı dekabrın 9-dan 15-nə kimi “Levski” və “Ludoqorets”in düşərgəsində olacaq.
Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov isə Romaya yollanıb. Sadıqov 12-15 dekabrda Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olmuş paytaxt təmsilçisinin məşqlərini izləyəcək. Dekabrın 16-da isə "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.
Qurban Qurbanov isə gələn həftə Londonda olacaq. Rəşad kimi o da sabiq rəqibi seçib. “Sumqayıt”la ölkə kuboku uğrunda ¼ final mərhələsinin cavab oyunu bitən kimi Qurbanov eyni məqsədlə “Çelsi”nin düşərgəsinə yollanacaq.