Ölkə futbolu
DÇ-2018-in iştirakçısına texniki məğlubiyyət verildi
FİFA DÇ-2018-ə vəsiqə qazanmış Nigeriya millisinə texnik…
FİFA DÇ-2018-ə vəsiqə qazanmış Nigeriya millisinə texniki məğlubiyyət verib.
Futbolinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna sözügedən komandanın DÇ-2018-in seçmə mərhələsinin son turu çərçivəsində Əlcəzairlə oyunda cəzalı durumda olan futbolçudan istifadə etməsi səbəb olub. Belə ki, həmin oyunda cəzalı Abdullay Şekunun me ydana çıxması texniki məğlubiyyətlə nəticələnib. Lakin 0:3 hesablı məğlubiyyətə baxmayaraq, Nigeriya millisinin turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. Bir sözlə, bu hadisə afrikalıların DÇ-2018-də içtirakına əngəl yaratmayıb.
Nigeriya sözügedən matçda 1:1 hesablı bərabərliyə razılaşmışdı. Gələn il Rusiyada keçiriləcək mundialda bu komanda Xorvatiya, İslandiya və Argentina ilə bir qrupda mübarizə aparacaq.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO