Dünya futbolu
DÇ-də ilk finalçı bəlli oldu – VİDEO
Futbol üzrə klublararası dünya çempionatı davam ed…
Futbol üzrə klublararası dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, BƏƏ-nin Əl-Əyn və Əbu-Dabi şəhərlərində keçirilən DÇ-2017 dekabrın 16-dək davam edəcək.
Turnirdə meydan sahibi “Əl-Cəzirə” (BƏƏ) ilə yanaşı, öz qitələrində çempion olmuş “Okland Siti” (Yeni Zelandiya), “Paçuka” (Meksika), “Vidad Kasablanka” (Mərakeş), “Urava Red Daymonds” (Yaponiya), “Qremio” (Braziliya) və “Real” (İspaniya) klubları çıxış edir.
DÇ-nin ilk oyununda “Əl-Cəzirə” və “Okland Siti” üz-üzə gəlib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.
1/4 finalda "Paçuka" "Vidad Kasablanka"ya, "Əl Cəzirə" isə "Urava Red Daymonds"a qalib gələrək, yarımfinala yüksəlib.
Yarımfinalın ilk görüşündə "Qremio" "Paçuka" ilə qarşılaşıb. Bu görüşün də taleyini 1 qol həll edib. Braziliya təmsilçisi əlavə vaxtda vurduğu qolla finala yüksəlib.
Klublararası dünya çempionatı
6 dekabr
İlk mərhələ
Əl Cəzirə (BƏƏ) – Okland Siti (Yeni Zelandiya) 1:0
Qol: Romarinyo, 37.
9 dekabr
1/4 final
1. Paçuka (Meksika) – Vidad Kasablanka (Mərakeş) 1:0
Qol: Quzman, 112.
2. Əl Cəzirə (BƏƏ) – Urava Red Daymonds (Yaponiya) 1:0
Qol: Mabxut, 52.
12 dekabr
Yarımfinal
Qremio (Braziliya) – Paçuka (Meksika) 1:0
Qol: Everton, 95.
13 dekabr
21:00 Əl Cəzirə (BƏƏ) – Real (İspaniya)
16 dekabr
18:00 Üçüncü yer uğrunda oyun
21:00 Final
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…