Bizi izləyin

Ölkə futbolu

Quliyevdən Hüseynzadəyə miras qalan “meyit”

Dünən AFFA-nın inzibati binasında Klublar Komitəsinin nö…

blank
Dünən AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirildi. Uzun müddətdi bir araya gəlməyən qurum ilin yekun tədbirinə toplaşdı və əslində, formallıq xatirinə bir-iki məsələni müzakirə etdi.
 
Komitənin yaşayacağını göstərmək üçün yeni sədrin seçilməsi vacib idi və bu, reallaşdı. Yenə də ölkə futbolunda bu gün üçün flaqman rolunu oynayan klublar yox, “Neftçi”nin prezidenti Orxan Hüseynzadənin namizədliyi verildi və qəbul olundu. Ümid edirik, həm komandasının durumunu düzəltmək, həm də komitənin nüfuzunu qaldırmaq üçün qarşıdakı aylarda o, həqiqətən önəmli işlər görə biləcək.
 
Orxan bəyin xüsusilə Klublar Komitəsini yenidən həyata qaytarmaq üçün səylə çalışması lazımdı. Ölkə futbol təsərrüfatında olaylar bir-birini əvəz etsə də, ciddi problemlər ortaya çıxsa da, sabiq sədr Kamran Quliyev hansısa çeviklik göstərə, təşəbbüslə çıxış edə bilmədi. Sadəcə, birillik müddətin bitməsini gözlədi və layiq olmadığı postla vidalaşdı. Gələn ilin bu vaxtında Hüseynzadə ilə bağlı eyni cümlələri yazmayacağımıza ümid edirik.
 
Komitənin iclasında nəyin müzakirə olunduğunu dəqiq bilmirik. Lakin iclas qurtaran kimi Quliyev müsahibə verməyə, hesabat tipli açıqlamayla çıxış etməyə borclu idi. Bu cəsarəti də özündə tapmadısa, deyəcək söz yoxdu. Görünür, əmr quluymuş və fəal olmamaq onu rəhbərinin gözündə daha da ucaltdı.
 
Bütün klubların nümayəndələrinin iştirak etdiyi tədbirdə müzakirə olunan məsələləri əsasən müsahibələr əsasında müəyyənləşdirə bilirik. Çünki AFFA hansısa sənədi ortaya qoymayıb, müzakirələr haqda məlumat paylaşmayıb. Yalnız o bəllidi ki, iclasda danışılmış oyunlarla və idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı müzakirələr aparılıb. Komitənin yaydığı bəyanat isə AFFA-nın bir neçə gün öncə yaydığı eynitipli məlumatın təkrarıdı.
 
“Təəssüf hissilə qeyd edirik ki, dünyanın müxtəlif ölkələrində idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdləri ölkəmizdə də müşahidə edilməkdədi. Son vaxtlar ölkə futbolunda baş verən neqativ halların aşkarlanması, bu işdə birbaşa və ya dolayısıyla iştirak edən şəxslərin cəzalandırılması və ədalətli oyun prinsiplərinə əməl olunması təqdirəlayiq haldır. Mövcud problemlə bağlı Klublar Komitəsinin bu gün keçirilmiş iclasında geniş müzakirə aparılıb və UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılovun təqdim etdiyi məlumatlar dinlənilib. Klublar Komitəsi olaraq idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, ölkə futbolunun inkişafı istiqamətində atılan addımı yüksək qiymətləndiririk. Həmçinin bəyan edirik ki, bu istiqamətdə istər AFFA, istərsə də hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq etməyə, hər cür köməklik göstərməyə hazırıq”.
 
Hüseynzadə müsahibəsində “Çalışacam ki, gələn il Klublar Komitəsinin çəkisini bir az artıraq, komitə güclənsin və səsimizi həm AFFA, həm də PFL eşitsin” deməklə Kamran Quliyevin fəaliyyətsizliyini, onun dövründə qurumun zəiflədiyini demək olar, etiraf edib: “Biz iclasları elə vaxta təyin edəcəyik ki, hamı – klub prezidentləri, icraçı direktorları gələ bilsin və klublar ən yüksək səviyyədə təmsil olunsunlar. Bununla komitənin nüfuzu daha da artar”.
 
Həm Orxan bəy, həm də “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov müsahibəsində limit məsələsinə diqqət çəkib. Maraqlıdı ki, bu məsələdə onların fikirləri fərqlidi. Hüseynzadə indiki limitin qalmasının tərəfdarıdısa, Nəcəfov hər çıxışında olduğu kimi, yenə də dəyişikliyin vacibliyini, hər hası qadağanın aradan qaldırılmasının vacibliyini önə çəkir: “Bizdə başqa yerli, keyfiyyətli futbolçular yoxdu. Akademiyadan gələn yeni nəsil futbolçularımız var. Onların gələcəkdə əsas fiqurlardan olacağını əminliklə vurğulaya bilərəm. Ancaq müəyyən zaman lazımdı ki, tam püxtələşsinlər. Buna qədər limit dəyişdirilməli, azaldılmalıdı. Avrokuboklarda uğur qazanmaq istəyən komandaları zəiflətmək olmaz. Legionerlərin sayı artırılmalıdı. Bu, qaçılmazdı. PFL prezidenti Ramin Musayev limitin dəyişdirilməsinin tərəfdarıdı. Amma Musayevin həll edəcəyi məsələ deyil. Bu məsələni də gündəmə gətirən yalnız bizim klubdu, başqa klublardan dəstək gəlmir. Hesab edirəm ki, biz səbəbi əsaslandırırıq. Bu limit yeni futbolçu nəslinin yetişməsinə kömək etmədi. Ortaya sübut qoymaq lazımdı. Amma belə futbolçu yoxdu. Gətirdiyimiz legionerlər səviyyəsində yerli oyunçularımız olsa, bu söhbəti açmazdım. Ancaq belələri yoxdu”.
 
Kəsəsi, toplaşmaq xatirinə toplaşan klub nümayəndələri yenə nəyisə dəyişə bilmədi. Onların bu dəfə hətta hansısa tövsiyə verməyə də gücü çatmadı. Hüseynzadə ya bu qurumu yenidən həyata qaytaracaq, ya da onun son rəhbəri kimi tarixə düşəcək.
 
CAVAD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Premyer-liqa2024-05-18 16:15

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-18 14:30

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununun təyinatları açıqlandı

blank
Premyer-liqa2024-05-18 13:37

Masazırda belçikalı, Bayılda italyan hakim

blank
Dünya futbolu2024-05-18 13:29

Ronaldodan Səudiyyə Ərəbistanı çempionatında yeni rekord

blank
Dünya futbolu2024-05-18 13:00

“Çelsi”nin futbolçusu mövsümün ən yaxşı gənc oyunçusu seçildi

blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-17 20:46

Azərbaycan yığması Rumıniyaya uduzdu

blank
Dünya futbolu2024-05-17 20:29

“Yuventus” Alleqrini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-17 20:12

Nəcəfin “fotoinkişaf modeli”

blank
Digər idman növləri2024-05-17 20:00

“Bu, gözlədiyimiz nəticə deyil”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm