Ölkə futbolu
“Qəbələ”nin qış hazırlıq planı açıqlandı
“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı m&u…
“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq. Komandanın qonşu ölkədəki hazırlığı iki hissədən ibarət olacaq. İlk mərhələ 2018-ci il yanvarın 5-dən 17-dək davam edəcək. “Qəbələ” bu müddətdə üç yoxlama oyunu keçirəcək. Baş məşqçi Roman Qriqorçukun yetirmələri yanvarın 10-da Türkiyənin “Akhisar Bələdiyyəspor” ilə, 17-də isə İsveçrə təmsilçisi “Sürix”lə qarşılaşacaq. Daha bir matç ayın 14-də baş tutacaq ki, həmin rəqibin adı dəqiqləşməyib.
Toplanışın ilk hissəsini başa vurduqdan sonra üçgünlük istirahətə buraxalacaq komanda yanvarın 21-də yenidən bir araya gələcək. “Qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. Bu müddətdə “Qəbələ” daha 4 yoxlama görüşünə çıxacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”, 27-də Rusiyanın “Arsenal” (Tula), 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək komanda fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə qarşılaşmada qüvvəsinə sınayacaq.
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov
- Premyer-liqa2024-05-18 18:58
“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə
- Ölkə futbolu2024-05-19 10:44
Mahirin 2024-cü ildə ilk oyunu
- Premyer-liqa2024-05-18 09:00
“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı