Dünya futbolu
FİFA İspaniyanı DÇ-dən qovmaqla hədələdi
FİFA İspaniyaya xəbərdarlıq edib.
Futbolinfo.az xəbər verir …
FİFA İspaniyaya xəbərdarlıq edib.
Futbolinfo.az xəbər verir ki, dünya futbol qurumu İspaniya hakimiyyətinin bu ölkənin futbol federasiyasının işinə qarışdığını güman edir. Ali futbol qurumu hesab edir ki, hakimiyyət federasiyada keçiriləcək prezident seçkilərinə müdaxilə edir.
Məhz bu üzdən FİFA, İspaniyanın təşkilata üzvlüyünü dondura biləcəyi ilə bağlı xəbərdarlıq edib. Yığma ilə yanaşı, İspaniyanın klubları da avrokuboklardan uzaqlaşdırıla bilərlər.
Yayda İspaniya Futbol Federasiyasının onlarla əməkdaşı korrupsiyada ittiham olunaraq həbs edilib. Prezident Anxel Maria Vilyar və oğlu da həbs olunanlar arasındadı.
Prezident vəzifəsini müvəqqəti olaraq Xuan Luis Larrea icra edir.