Dünya futbolu
Fransa klubu baş məşqçisini qovdu
Fransanın “Lill” klubu baş məşqçisi Marselo Bye…
Fransanın “Lill” klubu baş məşqçisi Marselo Byelsa ilə yolları ayırıb.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi argentinalı mütəxəssislə müqaviləni ləğv edib. Klubdan verilən məlumatda bildirilir ki, Byelsa müqavilə şərtlərinə əməl etmədiyi üçün onunla əməkdaşlığa son verilib.
O, “Lill”ə cari mövsümün əvvəlindən rəhbərlik edirdi. 62 yaşlı mütəxəssis noyabr ayında vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılmışdı. “Lill” onun rəhbərliyi altında olduqca zəif çıxış edib. Komanda hazırda Fransa çempionatında 18 xalla 18-ci pillədə qərarlaşıb.