Dünya futbolu
“Valensiya” uduzdu, “Atletiko” qalib gəldi – VİDEOLAR
Futbol üzrə İspaniya La Liqasında 16-cı tur həyəcanı davam…
Futbol üzrə İspaniya La Liqasında 16-cı tur həyəcanı davam edir.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Sevilya” “Levante”ni qəbul edib. Qarşılaşma qolsuz başa çatıb.
Şənbə gününün ən maraqlı oyunlarından biri Bilbaoda keçirilib. Baskoniya bölgəsinin iki köklü klubu – “Atletik” və “Real Sosyedad” münasibətlərinə aydınlıq gətiriblər. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, qarşılaşma qolsuz bitib.
"Valensiya" səfərdə "Eybar"a məğlub olub. Madrid "Atletiko"su isə doğma meydanda "Alaves"i məğlub edib.
BƏƏ-də keçirilən Klublararası dünya çempionatında iştirak edən “Real”ın “Leqanes”lə səfər oyunu təxirə salınıb.
İspaniya La Liqası
16-cı tur
15 dekabr
Sevilya – Levante 0:0
16 dekabr
Atletik – Real Sosyedad 0:0
Eybar – Valensiya 2:1
Qol: İnui, 49. Cordan, 87 – Mina, 57.
Atletiko – Alaves 1:0
Qol: Torres, 74.
17 dekabr
15:00 Jirona – Xetafe
19:15 Selta – Vilyarreal
21:30 Las Palmas – Espanyol
23:45 Barselona – Deportivo
18 dekabr
00:00 Malaqa – Betis
–
–