Dünya futbolu
“Qalatasaray” məğlub oldu, "Beşiktaş"dan darmadağın – VİDEOLAR
Futbol üzrə Türkiyə çempionatında 16-cı tur həy?…
Futbol üzrə Türkiyə çempionatında 16-cı tur həyəcanı davam edir.
Futbolinfo.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Gənclərbirliyi” “Kasımpaşa”nı qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb. "Alanyaspor" da "Sivasspor"la ev oyununda heç-heçəyə razılaşıb. "Trabzonspor" isə "Bursaspor" üzərində qələbəyə sevinib.
Lider “Qalatasaray” bazar günü meydana çıxıb. “Cim-bom” Malatyada yerli “Yeni Malatyaspor”un qonağı olub. Üç qolun vurulduğu görüş İstanbul nəhənginin məğlubiyyəti ilə başa çatıb.
Çempion “Beşiktaş” isə “Osmanlıspor”u qəbul edib. Meydan sahibləri 3 xala 5 qolla sahib çıxıblar.
Türkiyə Super Liqası
16-cı tur
16 dekabr
Gənclərbirliyi – Kasımpaşa 0:0
Alanyaspor – Sivasspor 1:1
Qol: Velinton, 90 – Bifuma, 71.
Trabzonspor – Bursaspor 1:0
Qol: Y.Yazıçı, 51.
17 dekabr
Akhisar – Kayserispor 0:2
Qol: U.Bulut, 20; 75.
Başakşəhər – Antalyaspor 4:1
Qol: Epureanu, 53; 90. Kahveçi, 81. Erdinc, 82 – Maykon, 7.
Yeni Malatyaspor – Qalatasaray 2:1
Qol: Pereyra, 38. Butaib, 43 – Ndiaye, 74.
Beşiktaş – Osmanlıspor 5:1
Qol: Babel, 32; 43; 52. Neqredo, 75. C.Tosun, 87 – S.Gürler, 90.
18 dekabr
21:00 Fənərbaxça – Karabükspor
21:00 Göztəpə – Konyaspor
–