Dünya futbolu
8 qolluq oyunda qalib müəyyənləşmədi – VİDEO
Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub.
…
Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda Münhenqladbax “Borussiya”sı “Hamburq”u qəbul edib. Dörd qolun qeydə alındığı görüşdə meydan sahibləri inamlı qələbəyə seviniblər.
Lider “Bavariya” şənbə günü meydana çıxıb. Münhen təmsilçisi “Ştutqart”ın qonağı olub. Son çempion bu oyunda çətinliklə qalib gəlib.
Son dövrlər uğursuz çıxışı ilə diqqət çəkən Dortmund "Borussiya"sı da "Hoffenhaym"la oyunda çətin qələbəyə sevinib.
Son oyun günündə iki görüş baş tutub. Səkkiz qolun qeydə alındığı "Hannover" – "Bayer" matçında qalib müəyyənləşməyib. "Leyptsiq" isə gərgin keçən matçda "Herta"ya uduzub.
Almaniya Bundesliqası
17-ci tur
15 dekabr
Borussiya (Münhenqladbax) – Hamburq 3:1
Qol: Azar, 9. Raffael, 74; 79 – Han, 53.
16 dekabr
Köln – Volfsburq 1:0
Qol: Klemens, 67.
Ayntraxt – Şalke 2:2
Qol: Yoviç, 1. Haller, 65 – Embolo, 82. Naldo, 90.
Auqsburq – Frayburq 3:3
Qol: Finnboqason, 1; 90; 90+3 – Qunter, 20. Petersen, 48; 65.
Ştutqart – Bavariya 0:1
Qol: Müller, 79.
Verder – Maynts 2:2
Qol: Barqfrede, 2. Belfodil, 17 – Quayson, 70. Frey, 90.
Borussiya (Dortmund) – Hoffenhaym 2:1
Qol: Obameyanq, 63. Pulişiç, 89 – Ut, 21.
17 dekabr
Hannover – Bayer 4:4
Qol: Bebu, 12. Fullkruq, 21-pen. Klaus, 45. Korb, 83 – Brandt, 11. Mehmedi, 25. Beyli, 47; 67.
Leyptsiq – Herta 2:3
Qol: Orban, 68. Halştenberq, 90 – Selke, 5; 51. Kalu, 31.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…