Bizi izləyin

Ölkə futbolu

Rauf Əliyev üçün istisna

Gedişi də olay idi, dönüşü də olaydı. Rauf Əliyev…

blank
Gedişi də olay idi, dönüşü də olaydı. Rauf Əliyev bəlkə də 2017-ci ildə transferi ən çox müzakirə edilən oyunçu olacaq.
 
Futbolinfo.az xəbər verir ki, millimizin üzvünün “Kukesi”dən qəfil ayrılması bir anda futbol gündəmini dəyişdi. Dəqiq səbəb bəlli deyil, amma reallıq odur ki, hücumçunun Albaniyaya uyğunlaşa bilməməsi, eyni zamanda maliyyə məsələlərində bəzi probemlər yaşadığı deyilir. Dəqiq səbəb hər nədisə, ən dəqiq olanı Raufun “Kukesi”dən ayrılması, qarşılıqlı razılıqla müqaviləni pozmasıdı.
 
İndi Əliyevin harada oynayacağının müzakirəsi başlayıb. Bu da təsadüfi deyil – millimizin forvardı gedəcəyi istənilən yerli komandanı gücləndirə bilər. Ümumiyyətlə, onun klubsuz qalması yaxşı olmazdı. Lakin ortada qaydalar var və Raufun yaya kimi başqa bir komandaya keçidini əngəlləyir.
 
Məsələ burasındadı ki, FİFA-nın qaydalarına görə, bir futbolçu mövsüm ərzində maksimum 2 klubun formasını geyinə bilər. Əliyev isə cari mövsümün əvvəlində “İnter”in (hazırkı “Keşlə”nin) heyətində Avropa Liqasında çıxış edib. Ardından legioner həyatı yaşamaq üçün Albaniyaya gedən 28 yaşlı forvard bununla, 2017-18 mövsümünün klub limitini doldurub. O, ya “Kukesi”də qalmalı, ya da sabiq klubu “Keşlə”yə dönməlidi. Digər ehtimal isə FİFA-nın tanımadığı ölkələrdə oynamaqdı ki, bu, heç də inandırıcı görünmür.
 
Rauf apasport.az saytına müsahibəsində bu qaydadan xəbərsiz olduğunu deyib: “Kukesi” ilə artıq vidalaşmışam, transfer vərəqəm də əlimdədi. Bəzi problemlər var idi. Ona görə ayrılmışam. Açığı, tam fərqli bir ölkədən də təklifim var. Amma harada oynayacağıma qərar verməmişəm. FİFA-nın qaydalarına görə, bir mövsüm ərzində 3-cü klubda çıxış edə bilməyəcəyimdən xəbərim yox idi. Ancaq məsələ burasındadı ki, “İnter”lə müqavilə müddətim iyunun 30-dək idi. Bu səbəbdən keçəcəyim komanda 3-cü klub sayılmamalıdı. Yəqin ki, FİFA-ya müraciət edəcəm. Amma əvvəlcə prosesin gedişinə baxacam”.
 
Əliyev “Kukesi”yə dönüşünün mümkün olmadığını deyir, xaricdən başqa təklif aldığını bildirir. Maraqlıdı ki, albanlar da onun Azərbaycandan aldığı təklifə görə “Kukesi”ylə vidalaşdığını deyir.
 
Ölkəmizdə Raufun potensial müştərisi ola biləcək 2 klub var. Lakin onlar – həm “Neftçi”, həm də “Qəbələ” bu keçiddə maraqlı olmadıqlarını bildirir.
 
“Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı: “Onsuz da yerli futbolçu qıtlığı var. Rauf kimi hücumçunu komandada görmək istəyərik. Amma bununla bağlı heç bir danışıq olmayıb”.
“Neftçi”nin meneceri Eldəniz Yusifov: “Bir neçə futbolçu ilə danışıq aparırıq. Amma onların arasında Rauf Əliyev yoxdur. Çünki Tərlan Əhmədov bu futbolçunun xidmətində maraqlı deyil. Özü də müsahibəsində bildirib ki, qış fasiləsində yerli futbolçu alınmayacaq. Bizə bir çox əcnəbi futbolçu təklif olunub. Aralarında Cənubi Amerika, Balkan dövlətləri, eyni zamanda, Afrikadan olan futbolçular var. Hələlik seçim apararıq”.
 
Bəs, “Keşlə”? Bu variant hətta müzakirə də olunmur. Düzdü, bakılılar oyunçu axtardığı bir zamanda bu səviyyədə hücumçuya sahib olmaq istərdi. Lakin yayda başverənlər bu variant arxa plana atır. Rauf bütün klub rəhbərliyi ilə mübarizə aparmış və qalib gələrək Albaniyaya yollanmışdı. Çətin ki, “Keşlə” rəsmiləri bunu unutsun. Heç Əliyev də buna can atmaz – o yaya kimi klubsuz qalmağı münaqişəylə ayrıldığı “Keşlə”yə dönməkdən daha üstün tutar.
 
Bəs, Raufun başqa klubla anlaşması mümkündümü? Qanuna görə variant yoxdu, amma həm də var. İstisnalar hər zaman mövcuddu və ondan yararlanmağı bacarmaq gərəkdi. İş ondadı ki, Raufun “İnter”lə müqaviləsi iyunun 30-da başa çatıb və yeni mövsümdə o, bu klubda oynamayıb. Avrokubokdakı 4 oyunda Əliyevin hansı əsasla meydana çıxdığını araşdırmaq lazımdı. O, yeni mövsümdə çempionatda yox, avrokubokda “İnter”in şərəfini qoruyub. Bax, bu məqamdan yapışıb hansısa güzəştə ümid etmək olar.
 
Bu məsələdə istisna hal da var. Belə ki, FİFA-dan xüsusi məktubla icazə istəmək mümkündü. Amma ali futbol qurumu əsaslı səbəb olmadan kiminsə 3-cü klubda oynamasına razılıq vermir. Bu məsələyə AFFA qarışmalı və əlaqələri işə salaraq güzəştə çalışmalıdı.
 
Oyunçuların statusu və transferləri üzrə FİFA reqlamentində də bir bənd var: “Oyunçular bir mövsüm ərzində maksimum 3 klubda qeydiyyatdan keçə bilər. Bu dövr ərzində oyunçu rəsmi matçlarda yalnız iki klubun heyətində çıxış edə bilər. İstisna kimi oyunçu kəsişən mövsümlərə malik assosiasiyaların klublarından keçərkən (məsələn, mövsümün əvvəli yay/payız fərqli çempionatın startı qış/yaz) müvafiq mövsüm ərzində üçüncü klubun heyətində rəsmi matçlarda o şərtlə oynaya bilər ki, əvvəlki klublarına münasibətdə bütün müqavilə öhdəliklərini tamamilə yerinə yetirib. Eyni zamanda qeydiyyat müddəti, həmçinin müqavilənin minimal müddəti ilə bağlı qaydalara riayət olunmalıdı”.
 
Bu bənddən belə başa düşülür ki, 2017/18 mövsümündə 2 klubda oynamış futbolçunun başqa komandada oynamaq üçün yeganə çıxış yolu 2018 mövsümü ilə bağlıdı. Söhbət payız-yaz sistemindən yaz-payız sistemli çempionata üz tutmaqdan gedir. Azərbaycan və Albaniya klubları bu baxımından uyğun gəlmədiyi üçün hücumçu 3-cü ölkəni seçə bilər (apasport.az).
 
Avropada futbolçumuza uyğun çempionatların sayı o qədər də çox deyil. UEFA-ya üzv ölkələrdən yalnız 11-də belə sistemə üstünlük verilir. Onlardan bəzilərini – Qazaxıstan, Gürcüstan, Belarusu daha məqbul hesab etmək olar. İrlandiya, İslandiya, Latviya, Litva, Estoniya, Farer adaları, Finlandiya və İsveç variantları isə inandırıcı deyil.
 
Beləliklə, Raufun yeni klub axtarışında problem yaranacaq. Düyünün çözülməsi çətindi, lakin mümkünsüz deyil.
 
AĞA
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-18 14:30

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununun təyinatları açıqlandı

blank
Premyer-liqa2024-05-18 13:37

Masazırda belçikalı, Bayılda italyan hakim

blank
Dünya futbolu2024-05-18 13:29

Ronaldodan Səudiyyə Ərəbistanı çempionatında yeni rekord

blank
Dünya futbolu2024-05-18 13:00

“Çelsi”nin futbolçusu mövsümün ən yaxşı gənc oyunçusu seçildi

blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm