Ölkə futbolu
“Bursaspor”un prezidenti: “Dəniz Yılmaz işi bizim üçün artıq bitdi”
Türkiyənin “Bursaspor” klubunun prezidenti Ali Ay Az…
Türkiyənin “Bursaspor” klubunun prezidenti Ali Ay Azərbaycan yığmasının formasını geyinmiş Dəniz Yılmazın əsas komandanın məşqlərindən uzaqlaşdırılmasına münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Dənizin getməsini istəyirik. Hazırda peşəkar futbolçumuzdu. Amma bundan sonra komanda ilə birgə çalışa bilməz. Bitdi artıq bu iş. Bundan sonra heyətə də düşməyəcək. Oynamayacağı üçün özü də komandadan ayrılmaq istəyəcək”.
Göründüyü kimi, klub prezidenti də artıq rəsmi olaraq D.Yılmaz dəftərini birdəfəlik bağladıqlarını deyir. Bu üzdən futbolçunun qışda “Bursaspor”dan ayrılması ehtimalı çox yüksəkdi. Böyük ehtimalla millimizin forvardı karyerasını Super Liqanın digər klublarından birində davam etdirəcək.