Bizi izləyin

Ölkə futbolu

"Keşlə"nin yeni baş məşqçisi: pedaqoq, yoxsa boksçu?

“Keşlə”nin həftəsonu yeni müqavilə bağlayacağ?…

blank
“Keşlə”nin həftəsonu yeni müqavilə bağlayacağı ukraynalı məşqçi Yuri Maksimov futbolçu karyerasında da ölkə xaricinə çıxmaq imkanı qazanıb. Futbolinfo.az saytı xəbər verir ki, sabiq yarımmüdafiəçinin 1997-ci ildə Kiyev “Dinamo”sunu “Verder”ə dəyişməsi heç də birmənalı qarşılanmayıb.
 
Maksimovun bu addımına Ukrayna klubunun rəhbərliyindən çox bir nəfər qəzəblənib. Söhbət əfsanəvi məşqçi, həmin vaxt “Dinamo”nu çalışdıran Valeri Lobanovskidən gedir. Mərhum mütəxəssis nə qədər çalışsa da, Maksimovu fikrindən daşındıra bilməyib. “Keşlə”nin yeni baş məşqçisi illər sonra müsahibəsində həmin dövrü yada salaraq, Lobanovskinin onu heç vaxt bağışlamadığını bildirib: “Dinamo”da pis maaş almırdım. Sadəcə, özümü Avropada sınamaq, yeni macəra yaşamaq istəyirdim. Buna görə də, “Verder”ə keçdim. Bundesliqa nağıllar aləmidi. Orda oyunların keçirildiyi şənbə və bazar günləri əsl bayram idi. Həm azarkeşlər, həm də futbolçular matç gününü gözləyirdilər. Tomas Şaaf, Feliks Maqat kimi məşqçilərlə çalışdım. Maqat intizam baxımından Lobanovskidən geri qalmırdı. Yadımdadı, o gələndən sonra səhər saat 6-da yuxudan durub, meşədə qaçırdıq. Halbuki, orda üfunətdən durmaq olmurdu, meşə qabanlarla dolu idi. Hətta hava qaralandan sonra da bizdən qaçmaq tələb olunurdu. Lobanovski ilə çalışdığım vaxt belə şeyləri gördüyümdən, digər futbolçularla müqayisədə mənə nisbətən asan gəlirdi. “Dinamo”dan getdiyimi biləndə ən çox Lobanovski əsəbləşmişdi. Məşqdən sonra mənimlə danışdı. Dedi ki, hara gedirsən, sən mənə lazımsan. Mən isə nə vaxta qədər Ukraynada oynayacağımı soruşaraq, özümü Avropada yoxlamaq istədiyimi bildirdim. Lobanovski buna görə məni heç vaxt bağışlamadı”.
 
37 yaşında futbolçu karyerasını bitirən Maksimov dərhal məşqçilik fəaliyyətinə başlayıb. Qısa müddət Minsk “Dinamo”sunda köməkçi məşqçi kimi çalışan ukraynalı daha sonra baş məşqçiliyə start verib. Kiyev MOİK-i, “Obolon”, “Krivbas” və “Metallurq”un ardınca “Mordoviya”nın “sükanı arxası”na keçib. Lakin Saransk klubundakı fəaliyyəti də uzun çəkməyib. “Mordoviya”dan ayrılması haqda danışan Maksimov bunu həmin vaxt Rusiya və Ukrayna arasında siyasi münasibətlərin gərginləşməsi ilə əlaqələndirib: “Müharibə başladığı üçün biz qovulduq. Hər şey buna doğru gedirdi, üzərimizdə təzyiq var idi. Son vaxtlar Rusiyaya uçmaq belə, çətinləşmişdi. Bilmirəm, bəlkə də yerimə başqa məşqçi gətirmək istəyirdilər? Komandanı Premyer Liqaya çıxaranda şəhərin meri məni təbrik etmişdi. Amma bir neçə gün sonra zəng edib qovulduğumu dedilər. Müqaviləmizə əsasən, almalı olduğum növbəti 6 ayın maaşını verib, yola saldılar”.
 
Ukrayna yığmasında 27 oyun keçirmiş Maksimovu Rusiya çempionatının hazırkı səviyyəsi razı salmır. O, açıqlamasında bu ölkədə çıxış edən futbolçuların göstərdikləri oyuna görə qat-qat çox pul qazandıqlarını bildirib: “Rusiyada futbolçular, demək olar ki, heç nə etmirlər, amma pul alırlar. Buna görə də, ölkə xaricinə tək-tük oyunçu yollanır. Çünki xaricdə milyonları qazanmaq üçün əziyyət çəkmək lazımdı. Rusiya çempionatında tək ayaqla da oynamaq və Almaniyadakından çox pul almar olar. MOİK-in qapıçısı İqor Akinfeyev Çempionlar Liqasında nə qədər səhv buraxır? Amma yenə də onun yerinə başqa qapıçı yoxlanılmır”.
 
“Mordoviya”dan ayrıldıqdan sonra işsiz qalan Maksimov 2 il sonra Qazaxıstandan təklif alıb. Yeni macəra yaşamaq həvəsində olan məşqçi bu təklifi də qəbul edib. Lakin “Taraz”dakı fəaliyyəti də uğurlu alınmayıb: “Qazaxıstanda çalışmaq mənə maraqlı gəldiyi üçün bu ölkəyə getməyə razılıq verdim. Nədən qorxmalıydım? Yeni çağırışlardan heç vaxt çəkinmirəm. Mövsümün qızğın vaxtında “Taraz”a getdim, komanda sonuncu pillədə qərarlaşmışdı. “Taraz”a güclü futbolçular dəvət etmək çox çətin idi. Buna görə də, gətirə bildiklərimizi gətirdik. Hətta barlardan yığışmayanlara da futbola qayıtmaq şansı yaratdıq. Amma bəziləri özlərini göstərə bilmədilər. Həlledici oyunlarda məğlubiyyətlə üzləşəndə elə əsəbləşirdim ki, futbolçuların üzünə baxmaq istəmirdim. Onu da deyim ki, Qazaxıstan çempionatı asan liqa deyil. Mən heç vaxt işdən qaçmıram. Amma orda uğur qazanmaq çətin idi və bunun öz səbəbləri var. Həmin səbəbləri açıqlamaq istəmirəm”.
 
Maksimov məşqçilik karyerasında ən çox futbolçusu ilə əlbəyaxa olması ilə diqqət mərkəzinə düşüb. Bu, “Taraz”da işlədiyi vaxt baş verib. Özünün dəvət etdiyi Azərbaycan əsilli, ukraynalı futbolçu Aleksandr Əliyevlə arasındakı problem dava ilə nəticələnib. İnsident komandanın gözü qarşısında, səfər oyununa gedərkən hava limanında yaşanıb. Maksimov gecikdiyi üçün Əliyevə etirazını bildirib, o isə cavab qaytarıb. Yekunda baş məşqçi və futbolçu əlbəyaxa davaya çıxıblar. Bundan sonra Əliyev klubdan göndərilib.
Maksimov açıqlamasında davanı təkzib etsə də, yetirməsindən razı qalmadığını gizlətməyib: “Əliyevlə dalaşmışıq? İlk dəfə sizdən eşidirəm. Yalnız onu deyə bilərəm ki, Saşaya həyatında daha bir şans vermək istədim. Ondan özünü sakit aparmasını, səhvləri təkrarlamamasını xahiş etdim. Amma hər şey başqa cür alındı”.
 
İnsidentlə bağlı danışan “Taraz”ın qapıçılarla işləyən sabiq məşqçisi Miroslav Radovanoviç isə davanı təsdiqləməklə yanaşı, Maksimovun futbolçunu vurduğunu açıqlayıb: “Bunu mənə Saşa dedi. Baş məşqçi hava limanında, özü də kameraların qarşısında Əliyevi iki dəfə vurub. Onlar arasında dava avtobusun qarşısında da olmuşdu. Əliyev bundan sonra taksiyə əyləşərək, Taraza getmişdi. Görün, Maksimov necə məşqçidi? O, pedaqoq olmalıdı, boksçu yox. Futbolçunu vurmaq yox, cərimələmək olar. Məşqçilik karyeram ərzində öz köməkçilərinə və futbolçularına bu cür yanaşan ikinci adam görməmişəm”.
 
48 yaşlı Maksimov 5 il Almaniyada futbol oynadığından, bu ölkəni çox sevir. Təsadüfi deyil ki, imkan düşdükcə oraya istirahətə və dostlarını, sabiq komanda yoldaşlarını görməyə gedir. Alman dilini bilən Maksimov işsiz qaldığı müddətdə bir çox klubun düşərgəsində olub: “Hər dəfə Almaniyaya gedəndə kirayəyə maşın götürürəm. İşsiz qalanda xeyli matça baxmışam. Bir neçə klubun düşərgəsində olub, akademiyalarına baş çəkmişəm. Yaxın gələcəkdə özümü Ukrayna klublarında görmürəm. Çünki bizim ölkədə futbolun səviyyəsi aşağı düşüb”. (Apasport.az)
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-25 01:58

“Jirona” mövsümü darmadağınla başa vurdu

blank
Dünya futbolu2024-05-25 01:45

Mövsümü heç-heçə ilə başa vurdular

blank
Dünya futbolu2024-05-25 01:32

“Bolonya” son oyunda “Cenoa”ya uduzdu

blank
Premyer-liqa2024-05-25 01:00

Orxan Məmmədov “Zirə” ilə görüşdü

blank
Dünya futbolu2024-05-25 00:46

Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Digər idman növləri2024-05-25 00:25

Azərbaycan cüdoçuları Koimbra Avropa Kubokunda

blank
Premyer-liqa2024-05-25 00:04

“Qəbələ”də iki itki

blank
Premyer-liqa2024-05-24 23:46

Premyer Liqada son turun təyinatları müəyyənləşdi

blank
Dünya futbolu2024-05-24 23:33

Məhkəmə qərar verdi, “Barselona” bəyanat yaydı

blank
Digər idman növləri2024-05-24 23:17

Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalında

blank
Digər idman növləri2024-05-24 23:00

Millimiz ilk dəfə Avropa üçüncüsü oldu

blank
Digər idman növləri2024-05-24 22:32

Jalə Avropa çempionu, Elnurə gümüş medalçı oldu

blank
Digər idman növləri2024-05-24 22:00

“Sabah” ardıcıl ikinci dəfə Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-05-24 21:30

A Seriyasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Ölkə kuboku2024-05-24 21:00

Kubokun finalı üçün ödənişsiz nəqliyyat vasitələri ayrılacaq

blank
Digər idman növləri2024-05-24 20:26

Millimiz Rumıniyaya uduzdu

blank
Dünya futbolu2024-05-24 20:00

Qasperini və Kalafyori hamını qabaqladılar

blank
Ölkə futbolu2024-05-24 19:25

AFFA Region Liqasının qalibi müəyyənləşdi

blank
Dünya futbolu2024-05-24 19:00

PSJ-nin futbolçusu millidən getdi

blank
Dünya futbolu2024-05-24 18:44

Ançelotti: “Toni əsl almandır”

blank
Dünya futbolu2024-05-24 18:30

Endrik: “Ən güclü klub, daim ən güclü oyunçuları toplamalıdır”

blank
Digər idman növləri2024-05-24 18:15

2028-ci il dünya çempionatına Fransa ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-24 17:57

Məşhur tennisçi ailə şirkətinin ambassadoru oldu

blank
Digər idman növləri2024-05-24 17:39

Azərbaycan Şahmat Federasiyasının büdcəsi təsdiqlənib

blank
Ölkə futbolu2024-05-24 17:25

Pley-off oyunları ilə bağlı yekun qərar hüquqi məsələlərin həllindən sonra veriləcək

blank
Dünya futbolu2024-05-24 17:10

İtaliyada ilin məşqçisi məlum oldu

blank
Dünya futbolu2024-05-24 16:55

“Barselona” Xaviyə xələf tapdı

blank
Dünya futbolu2024-05-24 16:45

Akinfeyev ÇSKA-ya sadiq qaldı

blank
Digər idman növləri2024-05-24 16:30

Nadal Londonda iştirak ərizəsinə salındı

blank
Dünya futbolu2024-05-24 16:12

“Barselona” Xavini, “Milan” Piolini istefaya göndərdi – RƏSMİ

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm