Ölkə futbolu
“Zirə” İran təmsilçisinə 4 qolla qalib gəldi
“Zirə”nin 12 yaşlıları növbəti yoxlama oyununu k…
“Zirə”nin 12 yaşlıları növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda İranın Şiraz vilayətinin “Hafez” klubundan olan həmyaşdıları ilə qarşılaşıb. Aviasiya akademiyasının stadionunda keçirilən görüş zirəlilərin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Zirə”nin 13 yaşlıları da “Hafez”in U-13 komandası ilə qarşılaşıb. Bu matç da “Zirə”nin 4:1 hesablı qalibiyyəti ilə başa çatıb.
Xatırladaq ki, tərəflərin U-12 komandalarının bir neçə gün əvvəl keçirilən görüşü də “Zirə”nin qələbəsi ilə başa çatmışdı – 2:1.