Bizi izləyin

Ölkə futbolu

Stadion biznesi: Elxan Məmmədovu alqışlayarkən

Bəlkə yenə alqış istəyir? Öyrəncəlidi, ola bilər. Vəzif…

blank
Bəlkə yenə alqış istəyir? Öyrəncəlidi, ola bilər. Vəzifəsinin tələb etdiyi işi görür, sonra da “buna görə bizi alqışlamalısız” deyir.
 
AFFA-nın baş katibi Elxan Məmmədov srağagünkü mətbuat konfransında salınacaq 3 yeni meydança xəbərini elə verdi ki, sanki qəhrəmanlıq edib. Guya ki, UEFA-yla əlaqələrindən istifadə edərək, ölkəni abad edəcək. Bəlkə də Avropada onun qara qaşına, qara gözünə aşiq olublar, xəbərimiz yoxdu. Alqışlayırıq.
 
Yaxşı xəbərdi. Bəli, 3 təbii örtüklü meydançanın salınmasına yalnız sevinməliyik. Məmmədov şəxsi əlaqələrindən istifadə edibsə, lap yaxşı. Lakin…
 
…Niyə Sumqayıt və Bakıda?
 
Elxan Məmmədov özü də etiraf edir ki, paytaxtda meydança salmaq üçün boş yer tapa bilmirlər. O zaman bu israrın səbəbi nədi, niyə ancaq Bakıda və Bakıətrafında dirənmisiz? Axı, bu, Bakı Futbol Federasiyası deyil, AFFA-dı və bütün ölkədə futbolun inkişafına cavabdeh qurumdu. O zaman nəyə görə stadionları yalnız yaxın ərazilərdə tikir, meydançaları qonşuluqda salırsız?
 
AFFA prezidenti Rövnəq Abdullayev deyir ki, Sumqayıtda 10 min nəfərlik yeni arenanın inşaası da planlaşdırılır. Əcəba, niyə? Bu qədər xərc çəkməyə nə ehtiyac var?
 
Əslində, Sumqayıt camaatı daha böyük tutumu olan arenaya çoxdan layiqdi. 15-20 min adamı stadiona toplamağın mümkün olduğu 3-4 şəhərdən biri məhz elə Sumqayıtdı. Lakin Mehdi Hüseynzadə adına stadion göz dağı kimi varkən, onu qoyub başqa yerdə lövbər salmağın nə mənası var?
 
Təbii ki, Elxan Məmmədov bunu dostu Kamran Quliyevin qazancını artırmaq üçün etdiklərini deməyəcək, bəhanə edəcək ki, “Mehdi Hüseynzadə” AGİN-in balansındadı, müdaxilə edə bilmirlər. O  zaman nəyə lazımsız? Şəxsi əlaqələrinizi ancaq diplom almaq gərək olandamı işə salırsız? Hökumətə müraciət edin, milliləşdirmə məsələsi lazım gələndə əlbir olduğunuz AGİN-lə əməkdaşlığı böyüdün, əl-ələ verib bu stadionun təmiri üçün vəsait ayırtdırmağa nail olun. Gəncə stadionu da AGİN-in balansında idi, qazonu dəyişdirdiz, indi niyə başqa stadion tikmək haqda düşünürsüz?
 
SOCAR və ya nazirlik – pulun hansı xəttlə ayrılmasının dəxli yoxdu, onsuz da dövlətdən gedir. O zaman israfçılığa niyə yol veririk, qüvvələri birləşdirmək daha yaxşı olmazmı? Sumqayıtda 2 stadion var, amma camaat tribunalara yerləşmir. Ona görə ki, vaxtilə planlama düzgün aparılmayıb, yeni tikilənin tribunaları kiçikdi, tutumu azdı, köhnəni isə təmir etmirlər. Və çıxış yolunu 3-cü – 10 minlik stadion tikməkdə (əsasən SOCAR-ın maliyyəsi ilə) görürlər. Absurd!!!
 
Bəs, dövlət rəhbərliyi, idmanın inkişafına cavabdeh qurumlar hara baxır? Bu problemin daha az xərclə həlli yolu varkən, iqtisadi çətinlikdə qovrulan dövlətin büdcəsini havaya sovurmaq nə dərəcədə məntiqlidi?
 
3 yeni meydançanın salınması məsələsi də onun kimi. Deyək ki, UEFA pul ayırır. Amma axı, onlar maliyyəni yalnız Sumqayıt və Bakı üçün ayırmırlar, ümumi Azərbaycan futboluna görə bunu edirlər. AFFA da çalışmalıdı ki, yardımı hamıya paylasın, bir qrup işbazın əməllərinə qurban verməsin. Süni örtüyə möhtac Tovuz stadionu, İmişli, Masallı, Sabirabad, Quba, Qusar, Ağsu və başqaları bu ölkənin bir hissəsi deyilmi? Niyə yalnız Sumqayıt və Bakı?
 
Səbəbini izah edim. Sumqayıtda salınacaq 2 təbii örtüklü meydança “Sumqayıt”ın prezidenti Kamran Quliyevin ixtiyarına veriləcək. Elxan Məmmədovun dostu da orada dostunun dostlarının, yəni ki, məlum qrupun pul qazanmasına şərait yaradacaq. Baş katib milli komandaları məşqlərini keçmək üçün Sumqayıta göndərəcək, məşq saatına görə icarə haqqı ödənəcək və pul cağ cibdən sol cibə gedəcək.
 
Bakı Olimpiya Stadionu da onun kimi. Burada salınacaq yeni meydança da əsasən AFFA-dan maliyyələşən klubların ixtiyarına veriləcək. “Kəpəz”, “Səbail” və başqaları burada havayı məşq etməyəcək. Bildiyimizə görə, hazırda Bakıda məskunlaşan gəncəlilər hər məşq üçün 710 manat manat icarə haqqı ödəyir. Təkcə stadiondan istifadəyə görə həftəlik 4000 manat gedirsə, bu, aylıq 16 min edir. Bu rəqəmi bir il üçün hesablayın və klub büdcəsinin hara sərf olunduğuna baxın.
 
BOS-dan təkcə “Kəpəz” yararlanmır. “Qəbələ”, “Səbail” və başqaları da tez-tez yolunu buradan salır. Deməli, AFFA-dan ayrılan pullar başqa bir yolla yenidən özünə qayıdır. Belədə Sumqayıtda və Bakıda əl çatan kadrlar varkən, hər şey onların nəzarətində ikən, baş katib niyə bölgələrin qayğısına qalsın ki? Yaxın ərazidə qurulan monopoliyadı, rəhbərləri dost-tanışlardı və öz biznesləri üçün pulu dövr etdirirlər.
 
Halbuki həmin meydançalardan biri Gəncədə salınsa, klub əlavə xərcə düşməz, icarə pulu ödəməz və aylıq 16 min manata qənaətə etməklə öz bazasını ən müasir tələblərə cavab verəcək səviyyədə təmir edər. Gəncə icra başçısı Elmar Vəliyev elə bu səbəblərdən kluba yaxın durmur. AFFA rəhbərliyi ölkədə futbolun inkişafına cavabdeh ola-ola qaz vurub qazan doldurarkən, “Kəpəz”in adından öz məqsədləri üçün istifadə edərkən, o, niyə başını ağrıtsın ki?
 
Yeni meydançaların yaxın ərazilərə salınmasının başqa bir səbəbi də Məmmədovun öz şirkətini düşünməsidi. Axı, adını çəkdiyimiz meydançalara, eləcə də AFFA-nın balansındakı bütün stadionlara “Agrosport” qulluq edir. Bu şirkət hər meydançaya görə aylıq 7 min avro xidmət haqqı götürür. “Qarabağ”, “Qəbələ” öz meydanlarını aylıq 500-1000 manata yüksək səviyyədə saxladığı halda, AFFA 10-15 qat artıq haqq götürən “Agrosport”la əməkdaşlıqda maraqlıdı. Ona görə ki, Məmmədov belə istəyir, AFFA-nın büdcəsini qanuni yolla, sənəd-kitabla dağıdır.
 
Biznes o qədər rəvan gedir ki, indi daha 3 belə meydançanın salınmasına girişib. Və bütün bunları ölkə futboluna xidmət naminə yox, öz biznesini çiçəkləndirmək üçün edir. AFFA-nın balansında və ya nüfuz dairəsində olan 10-a yaxın stadiondan, ikiqat artıq meydançalardan gələn qazanc baş katibin himayədarlıq etdiyi dəstəyə bəs etmir.
 
Özünüz fikirləşin, “Mehdi Hüseynzadə” təmir olunsa, AGİN balansında olan arenanın xərclərinin süni şəkildə bu qədər şişirdilməsinə göz yumarmı? Və ya hansısa bölgədə salınan məşq meydançasından Məmmədovun “Agrosport”u bu qədər rahat xidmət haqqı ala bilərmi? YOX!!! Ona görə də bu meydançalar Bakı və Sumqayıtda salınır.
 
Marketoloq, biznesmen bacarığını alqışlayırıq, Elxan bəy…
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm