Ölkə futbolu
“Neftçi” daha 3 futbolçu ilə müqaviləyə xitam verəcək
Qış fasiləsinə turnir cədvəlinin 5-ci pilləsində yollanan &ldq…
Qış fasiləsinə turnir cədvəlinin 5-ci pilləsində yollanan “Neftçi” heyətində “təmizləmə işləri”ni davam etdirir. Futbolinfo.az “Apasport”a istinadən xəbər verir ki, paytaxt təmsilçisi daha 3 futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Bunlar müdafiəçi Mateo Mujek, yarımmüdafiəçi Tərzin Cahangirov və hücumçu Daniel Seqoviyadı. Rəhbərlik müqavilə müddəti mövsümün sonuna qədər olan Tərzinlə görüşdə 25 yaşlı futbolçuya özünə klub tapmağı tapşırıb.
Əsas komandadan uzaqlaşdırılan Seqovia və Mujekin isə anlaşmasının olması bakılılara problem yaradır. İspaniyalı forvard cari mövsümün, xorvatiyalı müdafiəçi ilə gələn mövsümün sonuna qədər “Neftçi”yə məxsusdu ki, klub onları təzminat ödəmədən göndərməyin yollarını axtarır. İstənilən halda, baş məşqçi Tərlan Əhmədova lazım olmayan adıçəkilən oyunçular özlərinə klub tapmasalar belə, çox güman ki, onlarla müqaviləyə xitam veriləcək.
Qeyd edək ki, qış fasiləsində Pavel Dreksa, Məqsəd İsayev və Edson Kastilyo ilə vidalaşan “Neftçi” Fəhmin Muradbəyli, Rahil Məmmədov və “Səbail”dən icarədən qayıdan Təyyar Məmmədovu da icarəyə verib.