Ölkə futbolu
2017-ci ilin ən yaxşısı bəlli oldu
Fransada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənlə?…
Fransada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Fransa yığmasının və İngiltərənin “Çelsi” klubunun üzvü Nqolo Kante bu ölkədə ilin ən yaxşısı seçilib. “France Football” nəşrinin apardığı sorğuda o, 92 səs toplayaraq, birinci olub.
PSJ-nin hücumçusu Kilian Mbappe ondan cəmi 5 səs geri qalıb. Madrid “Real”ının forvardı Kərim Benzema isə 52 səslə üçüncü yeri tutub.
Xatırladaq ki, Kante ötən mövsüm də Fransada ilin futbolçusu seçilmişdi. Nqolo bu il “Çelsi” ilə Premyer Liqa çempionluğu yaşayıb.