Ölkə futbolu
Futbolumuzun gələcəyi təhlükədə
AFFA İntizam Komitəsi 2017-ci il üçün sonuncu iclas…
AFFA İntizam Komitəsi 2017-ci il üçün sonuncu iclası baş tutub. Və qurum uşaq liqalarında texniki məğlubiyyət sayını rekord həddə çatdırmaqla, həm də ölkə futbol təsərrüfatının idarəçiliyinə qiymət verib.
Beləliklə, U-12 Liqasında “Telman” FM, U-10 Liqasında “Təhsil” FM heyətində yetərsay olmamasına görə texniki məğlubiyyət alıb. U-13 Qızlar Liqasında "Sumqayıt" və "Fidan" yaş limitinin pozulmasına görə eyni aqibətlə üzləşib.
Daha bir belə hesab AFFA-nın yeni yaratdığı və cəmi 2 turu baş tutan Regional Liqasında reallaşıb. Dünən xəbər verdiyimiz kimi, “Ümid” “Tufan”la matçda təhlükəsizliyi təmin etmədiyinə görə 0:3-ə üzülüb.
Beləliklə, 3 ay ərzində AFFA-nın təşkil etdiyi müxtəlif yarışlarda 52 texniki məğlubiyyətqeydə alınıb. Bu, növbəti dəfə işin peşəkarlara deyil, bacarıqsız dost-tanışa tapşırıldığını göstərir. Futbolumuzun gələcəyi təhlükədədi.
Texniki məğlubiyyət – 52
Yetərsay olmamasına görə – 17
İştirak etməməyə görə – 24
Lisenziyası olmayana görə – 6
Yaş limitinin pozulmasına görə – 4
Təhlükəsizlik təmin olunmadığına görə – 1
Kənarlaşdırma – 3
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…