Ölkə futbolu
Premyer Liqamızın 3 məşqçisi dünyanın ən yaxşıları sırasında
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyah?…
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, 2017-ci ilin son cədvəlində Topaz Premyer Liqasında çalışan mütəxəssislər də yer alıb.
Belə ki, "Football World Ranking" saytının hazırladığı siyahıda üç baş məşqçimiz – Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abbasov ("Zirə") yer alıb.
Onlardan ən yaxşı nəticə Qurban Qurbanova məxsusdu. Millimizin yeni baş məşqçisi olan 45 yaşlı mütəxəssis 1169 xalla 482-ci pillədə qərarlaşıb. Qriqorçuk 252 xalla 949-cu, Abbasov 217 xalla 999-cudu.
Qeyd edək ki, bütövlükdə 1000 məşqçinin yer aldığı reytinq siyahısına "Real"ın (Madrid, İspaniya) baş məşqçisi Zinəddin Zidan (17696 xal) başçılıq edir. Renato Qauşo ("Qremio", Braziliya) 13274 xalla 2-ci, Dieqo Simeone ("Atletiko") 12795 xalla 3-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq