Dünya futbolu
“Atletiko”nun hücumçusu rəsmən “Valensiya”da – FOTO
Madrid “Atletiko”sunun hücumçusu Lusiano Vyett…
Madrid “Atletiko”sunun hücumçusu Lusiano Vyetto “Valensiya”ya transfer olunub.
Futbolinfo.az xəbər verir ki, bu barədə “yarasalar”ın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 24 yaşlı hücumçu 6 aylıq icarəyə götürülüb. “Valensiya” İtaliya vətəndaşlığına da malik olan argentinalı futbolçunu mövsümün sonunda birdəfəlik transfer etmək hüququna da yiyələnib.
Argentinanın “Rasinq” klubunun yetirməsi olan Vyetto “Atletiko”da 2015-ci ildən çıxış edir. O, 2016/17 mövsümünü də “Sevilya”da icarə əsasında oynayıb. Lusiano cari mövsüm “Atletiko”nun heyətində 6 matçda forma geyib.