Dünya futbolu
Sevilya derbisində 8 qol, “Atletiko”dan qələbə – VİDEOLAR
Futbol üzrə İspaniya La Liqasında 18-ci tura start verilib.
…
Futbol üzrə İspaniya La Liqasında 18-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk görüşündə “Atletiko” “Xetafe”ni qəbul edib. Madrid təmsilçisi bu görüşdə inamlı qələbəyə sevinib. Qələbədə pay sahibi olan meydan sahiblərinin köhnə-yeni forvardı Dieqo Kostanın qol vurmaqla yanaşı qırmızı vərəqə alaraq meydandan qovulması diqqət çəkib.
İlk oyun günündə həm də Sevilya derbisi keçirilib. “Sevilya” doğma meydanda şəhərin digər təmsilçisi “Betis”i qəbul edib. 8 qolluq qarşılaşmada sevinən "Betis" olub. "Valensiya" doğma meydanda "Jirona"ya qalib gəlibsə, "Eybar" da səfərdə "Las Palmas"dan üstün olub.
İspaniya La Liqası
18-ci tur
6 yanvar
Atletiko – Xetafe 2:0
Qol: Korrea, 18. D.Kosta, 68.
Qırmızı vərəqə: D.Kosta, 68.
Valensiya – Jirona 2:1
Qol: Ramalyo, 27-öz qapısına. Parexo, 48-pen – Portu, 8.
Las Palmas – Eybar 1:2
Qol: Viera, 32-pen. – Orelyana, 73. Enrix, 77.
Sevilya – Betis 3:5
Qol: Yedder, 13. Kyaer, 40. Lanqle, 67 – Fabian, 1. Feddal,, 21. Durmisi, 63. Leon, 65. Errera, 90.
7 yanvar
15:00 Leqanes – Real Sosyedad
19:15 Barselona – Levante
21:30 Atletik – Alaves
21:30 Vilyarreal – Deportivo
23:45 Selta – Real
8 yanvar
00:00 Malaqa – Espanyol
–
–
–