Ölkə futbolu
“Kəpəz” 3 futbolçunu yoxlayır
Məşqləri bərpa edən “Kəpəz”in düşərgəsinə …
Məşqləri bərpa edən “Kəpəz”in düşərgəsinə daha 2 yeni futbolçu qoşulub.
Futbolinfo.az xəbər verir ki, klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bunlar müdafiəçi Qvanzav Maqomedov və yarımmüdafiəçi Elşən Rzazadədi.
Hər iki futbolçu baxışa çağırılıb. Rzazadə “Kəpəz”in baş məşqçisi Yunis Hüseynova tanış simadı. 52 yaşlı mütəxəssis Elşəni vaxtilə işlədiyi “Xəzər Lənkəran”dan tanıyır. Rzazadə 1 həftəlik müddətdə Hüseynovun etimadını qazana bilsə, çempionatın ikinci yarısında “Kəpəz”in formasını geyinəcək.
Milliləşdirilən müdafiəçi Qvanzav Maqomedov isə ölkəmizdə bir neçə klubun – “Şahdağ”, “Zirə”, “Bakı”, AZAL və “Səbail”in formasını geyinib. Son iş yeri Rusiya təmsilçisi “Znamya Truda” olan 23 yaşlı oyunçu baxışdan uğurlu keçsə, “Kəpəz”lə müqavilə imzalayacaq.
Hazırda “Kəpəz”in düşərgəsində olan digər yeni futbolçu isə Aleks Nimelidi. Liberiya əsilli 27 yaşlı hücumçu bu vaxta qədər “Mançester Siti”, “Midlsbro” və “Kristal Pelas” kimi klubların üzvü olub. Son olaraq isə Norveç “Stabek”ində oynayıb. O da Elşən Rzazadə və Qvanzav Maqomedov kimi komandada qalmaq üçün baxışdan uğurlu keçməlidi.