Premyer-liqa
“Neftçi”də mükafatlar hamısı vaxtında ödənilib”
Futbol üzrə Azərbaycan Kubokunda "Xəzər Lənkəran"…
Futbol üzrə Azərbaycan Kubokunda "Xəzər Lənkəran" üzərində qələbədən sonra "Neftçi" rəhbərliyi komanda üzvlərini mükafatlandırıb. Futbolinfo.az saytının redaksiyasına daxil olan məlumata görə, komandaya 600 min manat vəd olunmasına baxmayaraq, futbolçulara mükafat məbləğinin yarısı ödənilib.
Məhz bundan sonra paytaxt klubunda vəziyyət gərginləşib. Belə ki, klub rəhbərliyi ilə futbolçular arasında narazılıq yaranıb. Bunun Çempionlar Liqasının təsnifat mərhələsində "Skenderbeu" (Albaniya) ilə oyundakı uğursuzluqda da müəyyən payının olduğu iddia edilir.
Məlumatı dəqiqləşdirmək üçün klubun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi xəbərin yalnış olduğunu bildirdi:
“Bu, tamamilə yalnış məlumatdı. Komandaya vəd olunan mükafatın hamısı vaxtında ödənilib. Siz dediyiniz rəqəm həqiqəti əks etdirmir. Bu məlumatı kim verib bilmirəm, amma yenə deyirəm ki, bu yanış məlumatdı”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə