Ölkə futbolu
Prosineçki “Qarabağ”ın futbolçusunu milliyə çağırdı
Futbol üzrə Bosniya və Hersoqovina millisinin yeni baş məşq&…
Futbol üzrə Bosniya və Hersoqovina millisinin yeni baş məşqçisi Robert Prosineçki bu komandada ilk heyətini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ABŞ-da keçiriləcək təlim-məşq toplanışı üçün 28 futbolçuya dəvət göndərib. Siyahıda "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də var.
Bosniya və Hersoqovina millisi yanvarın 28-də ABŞ-la, üç gün sonra isə Meksika ilə yoxlama oyunu keçirəcək. Ağdam klubunun 29 yaşlı qapıçısının da bu oyunlarda iştirakı istisna deyil.
Sonda onu da qeyd edək ki, millimizin sabiq çalışdırıcısı Prosineçki Bosniya və Hersoqovina yığmasına bir neçə gün öncə baş məşqçi təyin edilib.