Ölkə futbolu
Yuri Maksimov “Keşlə”yə həmyerlisini gətirir – FOTO
“Keşlə”nin yeni baş məşqçisi Yuri Maksimov kom…
“Keşlə”nin yeni baş məşqçisi Yuri Maksimov komandasına ukraynalı futbolçu cəlb etməyə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, o, bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. Ukraynalı mütəxəssis bildirib ki, həmyerlisi Dmitri Xomçenovski ilə danışıqlar aparırlar:
“Xomçenovski ilə iki həftə əvvəl maraqlanmağa başlamışıq. Onunla bu məsələni bir daha müzakirə edəcəyik. Təklifimiz Dmitrini qane etsə, o, “Keşlə”nin futbolçusu ola bilər. Komandama başqa ukraynalı futbolçu cəlb edəcəyəmmi? Buna baxacağıq”.
Qeyd edək ki, Xomçenovski karyerasına Donetsk “Olimpik”ində başlayıb. Daha sonra o, “Krivbass”, “Zarya”, İspaniyanın “Ponferradina” və Polşanın “Yagelloniya” klublarında oynayıb. 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə Polşa klubu ilə əməkdaşlığa son qoyub və yeni komanda axtarışındadı.
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”