Ölkə futbolu
Tarik Elyunussi bu gün “Qarabağ”dan ayrıla bilər
İsveçin AİK klubunun “Qarabağ”ın yarımmüd…
İsveçin AİK klubunun “Qarabağ”ın yarımmüdafiəçisi Tarık Elyunussinin xidmətində maraqlı olması barədə məlumat vermişdik.
Futbolinfo.az xəbər verir ki, isveçlilər 29 yaşlı oyunçunun müqaviləylə bağlı olduğu “Olimpiakos”la danışıqları yekunlaşdırmaq üzrədi.
Yunanıstan mətbuatında yer alan məlumata görə, keçid bu gün rəsmiləşə bilər. Xəbərdə həmçinin, Pirey təmsilçisinin Norveç millisinin də üzvü olan futbolçunun keçidi üçün 1 milyon avro tələb etdiyi vurğulanıb.
Xatırladaq ki, “Qarabağ” Elyunussini ötən ilin sentyabrında “Olimpiakos”dan 1 mövsümlük icarəyə götürüb. Futbolçu cari mövsümdə Ağdam klubunda cəmi 8 oyun keçirib.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”