Ölkə futbolu
“Azarkeşlər fərqli “Kəpəz” görəcəklər”
“Plan üzrə hazırlaşırıq, hər şey qaydasında gedir. …
“Plan üzrə hazırlaşırıq, hər şey qaydasında gedir. Gündə iki dəfə ciddi şəkildə məşq edirik”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Kəpəz”in əsas komandasının üzvü Ceyhun Cavadov klubun saytına açıqlamasında deyib. Yarımmüdafiəçi təlim-məşq toplanışını dəyərləndirib:
“Məşqlər ağırdı, çünki fiziki yöndə hazırlıq keçirik. Əslində başa düşüləndi. Belə hazırlaşmalıyıq ki, çempionatda bəhrəsini görək. Məşqçilər tərəfindən verilən tapşırıqların hamısını yerinə yetirməyə çalışırıq. Çox işləməliyik, bunu yaxşı başa düşürük. Məqsədimiz çempionata 100 faiz hazır olmaqdı”.
Topaz Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlığı Bakıda keçirən “Kəpəz”in heyətində xeyli dəyişikliklər var. 8 oyunçu ilə yolları ayıran “sarı-göylər” yeni futbolçularla güclənib. Transferlər hələ də davam edir. Bu məqama diqqət çəkən Ceyhun Cavadov komandaya yeni gələn oyunçuların daxili rəqabəti artıracağını düşünür:
“Heyətin güclənməsi istiqamətində işlər görülür, kollektivə yeni futbolçular qoşulur. Böyük rəqabət artıq hiss olunmaqdadı. Hər mövqeyə 2-3 oyunçu var. Heç kim arxayınlaşmamalıdı ki, əsas heyətdə yeri təmin olunub. Əksinə, tam ciddi formada məşq etmək lazımdı. Bu gedişlə çempionata tam hazır olacağıq və azarkeşlər fərqli “Kəpəz” görəcəklər”.
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi