Ölkə futbolu
“Sumqayıt” hazırlığa fasilə vermədən davam edir
Yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci mərhələsi ü…
Yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci mərhələsi üçün hazırlığa start verən "Sumqayıt" baş məşqçi Samir Abasovun rəhbərliyi altında hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, dünən proqrama əsasən, 2 məşq keçən komanda bu gün saat 14:00-da start götürən 1,2 saat məşq prosesi ilə günə yekun vurub. Hazırlıq prosesində daha çox toplu çalışmalara üstünlük verilib və müxtəlif taktiki gedişlər üzərində işlənilib.
Qeyd edək ki, “Sumqayıt” hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu yanvarın 15-də doğma meydanda 1-ci liqa təmsilçisi "Qaradağ Lökbatan"a qarşı keçirəcək. Oyunun saatı barəsində məlumat veriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı