Dünya futbolu
“Bavariya” yeni ilə qələbə ilə başladı – VİDEO
Futbol üzrə Almaniya Bundesliqasında yeni ilin ilk – 18-ci turu…
Futbol üzrə Almaniya Bundesliqasında yeni ilin ilk – 18-ci turuna start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Bayer” “Bavariya”nı qəbul edib.
Leverkuzen təmsilçisi çempionata uğurlu start verməsə də, son 12 oyunda məğlub olmamışdı. “Asprinlər” bu seriyanı liderlə oyunda da davam etdirmək arzusundaydı. Lakin Münhen təmsilçisi səfərdə inamlı qələbə qazanmaqla leverkuzenlilərin məğlubiyyətsiz seriyasına son qoyublar.
Almaniya Bundesliqası
18-ci tur
12 yanvar
Bayer – Bavariya 1:3
Qol: Volland, 70 – Martines, 32. Riberi, 59. Rodriqes, 90.
13 yanvar
18:30 Ayntraxt – Frayburq
18:30 Auqsburq – Hamburq
18:30 Hannover – Maynts
18:30 Ştutqart – Herta
18:30 Verder – Hoffenhaym
21:30 Leyptsiq – Şalke
14 yanvar
18:30 Köln – Borussiya (Münhenqladbax)
21:00 Borussiya (Dortmund) – Volfsburq