Dünya futbolu
Millimizin üzvü Hollandiya klubunda debüt etdi
Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 20-ci…
Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 20-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Alkmaar”ın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Kökçü də bu görüşün iştirakçısı olub. Futbolçumuz qarşılaşmaya start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib. Bu, bir müddət öncə Türkiyənin “Bursaspor” klubundan icarəyə götürülmüş millimizin üzvü üçün Hollandiya təmsilçisinin heyətində debüt matçı olub.
“Valveyk” hazırda 22 xalla 20 klub arasında 14-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq