Ölkə futbolu
“Qəbələ” Divizion klubu ilə bacarmadı
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017…
“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017/18 mövsümünün ikinci hissəsinə hazırlığını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirən Emin İmaməliyevin baş məşqçisi olduğu komanda ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” ilin ilk sınağında Birinci Divizionda çıxış edən “Ağsu” ilə üz-üzə gəliblər. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub. Əvəzedicilər bu görüşdə 1:2 hesabı ilə məğlub olublar.
“Qəbələ”nin əvəzedicilərinin yoxlama oyunlarındakı növbəti rəqibləri də dəqiqləşib. Yanvarın 18-də Bakıya yollanacaq komanda paytaxtda keçirəcəyi 4 günlük hazırlıq çərçivəsində 2 matça çıxacaq. “Qırmızı-qaralar” ayın 19-da “Şüvəlan”la, 3 gün sonra isə “Keşlə”nin əvəzedici komandası ilə görüşəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə