Dünya futbolu
Ronaldinyo karyerasını başa vurduğunu açıqladı
Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiə&c…
Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Ronaldinyo futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə onun qardaşı Assis “O Globo” nəşrinə müsahibəsində bildirib:
“O, dayandı. Hər şey bitdi. Rusiyadakı dünya çempionatından sonra, böyük ehtimalla avqustda nəsə böyük və gözəl bir iş görməyə hazırlaşırıq. Braziliyada, Avropa və Asiyada bəzi tədbirlər həyata keçirəcəyik. Əlbəttə, Braziliya yığması ilə oyun da keçiriləcək”.
Ronaldinyo karyerası ərzində “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” kimi klublarda oynayıb. 37 yaşında futboldan ayrılmağa qərar verən əfsanəvi futbolçu Braziliya yığmasında 97 matç keçirib, 33 qola imza atıb. O, 2005-ci ildə Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl top” mükafatına sahib çıxıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı