Dünya futbolu
Çexiya millisinin üzvü Super Liqa klubunda – FOTO
Türkiyənin “Trabzonspor” klubu heyətinə yeni futbo…
Türkiyənin “Trabzonspor” klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Danimarkanın “Midtyulland” klubunun çexiyalı müdafiəçisi Filip Novakın transferini rəsmiləşdirib. Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2,5 illik müqaviləyə imza atıblar.
“Trabzonspor” bu transferə örə Danimarka klubuna 1 milyon 900 min avro ödəyib. Futbolçu özü isə qarşıdakı ikiilyarımda bütövlükdə 2 milyon 150 min avro məvacib alacaq.
Novak 2015-ci ildən “Midtyulland”ın şərəfini qoruyurdu. Çexiyanın “Teskoma” klubunun yetirməsi 2009-2011-ci illər aralığında doğma komandasında forma geyindikdən sonra 2011-2015-ci illər aralığında da “Yablonets”də çıxış edib. 27 yaşlı futbolçu Çexiya yığmasında 12 oyun keçirib, 1 qola imza atıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…